Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkənin elmi nailiyyətlərini təbliğ edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında bu məsələni AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev qaldırıb. O, AMEA-nın Elmi Nailiyyətlər Sərgisinin təşkili üzrə Komissiyanın yaradılması haqqında məlumat verib.
İ.Quliyev bildirib ki, müstəqillik illərində dövlətin elmə ciddi dəstəyi və alimlərimizin fədakar əməyi nəticəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında elmin müxtəlif istiqamətlərində həm fundamental, həm də innovativ tətbiqi əhəmiyyətli bir sıra nailiyyətlər əldə edilib.
“Bu nailiyyətlərin əksəriyyəti spesifik elmi və texniki mahiyyət daşıdığından ancaq həmin sahəyə aid olan mütəxəssislərə məlum olur. Bunun da nəticəsində alimlərimizin nailiyyətləri ictimayyətə məlum olmur və onlar layiq olduğu ictimai rəyi ala bilmirlər”, - deyə alim qeyd edib.
“Digər tərəfdən gənclərimiz də elmimizin və alimlərimizin nailiyyətlərindən xəbərsiz olduqları üçün bu şərəfli peşə ilə məşğul olmağa az həvəs göstərirlər. Bu isə elmimizin yeni kadr potensialı ilə təmin olunmasında çətinliklər yaradır. Buna görə də alimlərimizin elmi nailiyyətlərinin təbliği istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir. Həmçinin alimlərimizin dünya elmi sisteminə inteqrasiya problemlərinin həllində də onların nəticələrinin reklam və təqdimatının böyük əhəmiyyəti, eyni zamanda bu nailiyyətlərin istehsalatın müxtəlif sahələrində istifadə edilməsi üçün müxtəlif dövlət və qeyri-dövlət müəssisələrinin mütəxəssislərini bu yeniliklər barədə müntəzəm olaraq məlumatlandırmağa ehtiyac var”, - deyə akademik əlavə edib.
Müzakirədən sonra akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunmuş nailiyyətlərin daimi fəaliyyətdə olan sərgisinin effektiv təşkili məqsədi ilə Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət