Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı yaydığı bəyanatı mənasız, məntiqsiz və təxribat adlandırıb.
“Bəyanatda deyilir ki, təyyarənin qalıqları neytral ərazidədir, əslində bura Azərbaycan ərazisidir və ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Buna görə də biz bu bəyanatı mənasız, məntiqsiz və təxribat hesab edirik”,- deyə Z.Əsgərov cümə axşamı parlamentdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Həmsədrlər bir gün əvvəl bəyanatla çıxış edərək noyabrın 12-də Azərbaycan hərbçiləri tərəfindən vurulmuş Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin düşdüyü əraziyə humanitar girişin olmamasından dərin narahatlıq bildiriblər.
“Biz noyabrın 12-də verdiyimiz bəyanatı təsdiq edir və tərəflərə xatırladırıq ki, Soçi, Nyuport və Parisdə münaqişənin dinc yolla həllinə dair götürdükləri öhdəliklərə əməl etsinlər,” – deyə həmsədrlər vurğulayır.
Onlar tərəfləri insidentin baş verdiyi ərazi yaxınlığında atəşi dayandırmağa çağırıblar.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət