Azərbaycan Xarici İşlər Nazirliyi içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəsmiləri, millət vəkilləri və jurnalistlərin olduğu helikopter helikopterin ermənilər tərəfindən vurulmasının 23-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Nəticədə 22 nəfərin həlak olduğu insident 1991-ci ilin 20 noyabr tarixində Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında baş verib.
XİN mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyevin bəyanatında qeyd olunur ki, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində helikopterin vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi müəyyən edilib.
“Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də Ermənistanın Azərbaycana qarşı terror əməlləri davam etdirilib, mülki şəxsləri daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilib, nəqliyyat vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil edilib”, - deyə bəyanatda vurğulanır.
H.Hacıyev qeyd edir ki, Ermənistan tərəfindən 1991-ci ilin 20 noyabr tarixində Qarakənd faciəsinin törədilməsi nəticəsində sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilib və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməyib.
“Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın ərazilərini işğal etməkdir. Bu, ənənələrinə sadiq qalan Ermənistan tərəfindən bu gündə münaqişənin sülh yolu həlli ilə əlaqədar hər hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün vasitələrlə danışıqlar prosesinə xələl gətirilir”, - deyə H.Hacıyev sonda bildirib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət