Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə görüşü keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Görüşdə ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” (AÇG) ” layihəsinin Rəhbər Komitəsinin Texniki Alt Qurumunun sədri Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov və Emin Əliyev iştirak ediblər.
Tədbiri açan BANM-nin rektoru Elmar Qasımov tələbələrə SOCAR-ın son illərdə keçdiyi inkişaf yolu, şirkətin ölkədə və ölkə hüdudlarından kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat verib.
Rektor BAMN-nin tələbələrinin onların ARDNŞ-in gələcək yüksəkixtisaslı kadr olacaqlarına, Azərbaycanın neft sektorundakı nailiyyətlərini daha da artıracaqlarına əminlik ifadə edib.
Daha sonra SOCAR prezidentinin müşaviri Yaşar Lətifov tələbələr qarşısında AÇG layihəsi haqqında videotəqdimatla çıxış edib.
Bu layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və vətəndaşların sosial həyatında rolu qeyd edilib.
Öz növbəsində şirkətin digər mütəxəssisləri tələbələrə AÇG layihəsi barədə ətraflı məlumat veriblər. Çıxışlardan sonra mütəxəssislər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Tədbirin sonunda Y.Lətifova BANM-nin “Fəxri qonaq” diplomu təqdim edilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət