Azərbaycanda artıq tanınan beynəlxalq səviyyəli orjinal brendlərə və ya tədricən bu keyfiyyəti daşımağa başlayan komponentlərə rast gəlmək olar. Çərşənbə günü “Rossiyskaya qazeta”da dərc edilmiş “Vahid brendlə” adlı məqalədə belə deyilir.
Məqalə müəllifi “Oktogo.ru” otellərin onlayn bronlaşdırılması üzrə populyar rus servisinin məlumatlarına əsasən qeyd edirlər ki, Azərbaycan və onun paytaxtı Bakı rusiyalıların MDB ölkələri arasında istirahət üçün seçdikləri ölkələrin reytinq cədvəlində dördüncü yerdə dayanır.
“Nəticədə Azərbaycan digər dövlətlər kimi xarici şirkətlərə və vətəndaşlara bəzi sistemli məhsullar, özünü isə biznesin aparılması və investisiya qoyuluşları üçün münasib məkan, qlobal humanitar dialoq mərkəzi, maraqlı turizm regionu, etibarlı neft-qaz və keyfiyyətli meyvə-tərəvəz tədarükçüsü kimi təqdim edir”,- deyə məqalədə bildirilir.
“Azərbaycan neftin sənaye üsulu ilə çıxarıldığı ilk ölkə deyil. Keyfiyyət göstəriciləri “Azeri Light” markalı neftin dünya bazarlarında əsl brendə çevrilməsinə imkan verib. Azərbaycan narı Rusiyada yaxşı tanınan keyfiyyətli brendə çevrilib, nadir müalicəvi xüsusiyyətə malik Naftalan neftini yada salaq, o, hələ sovet dövründən müalicə-kurort sisteminin bir hissəsi kimi yaxşı tanınırdı”,- deyə müəllif qeyd edib.
Məqalənin sonunda müəllif bildirir ki, 1837-ci ildə Qusar polkunun leyb-qvardiyasının korneti Mixail Lermontov Şuşa, Quba və Şamaxıda olub. “Azərbaycan mədəniyyəti ilə tanış olan Lermontov o dövrlərdə tatar dili adlandırılan Azərbaycan dilini öyrənməyə başlayıb və görkəmli maarifçi Mirzə Fətəli Axundovla tanış olub. Bu, mədəniyyət, ənənə və həyat tərzinin Rusiyanın intellektual və sosial-mədəni məkanında Azərbaycan barəsində müsbət təəssürat yaratmasının ən yaxşı nümunələrindəndir”,- deyə məqalədə vurğulanır.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət