SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında neftin saxlanması üçün mövcud əmtəə çənlər parkının elektrik təchizatı məqsədilə paylayıcı qurğuların yenidən qurulmasına başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Son vaxtlar SOCAR-ın apardığı genişmiqyaslı tikinti, təmir və yenidənqurma işləri hasilatın artmasına, bu isə öz növbəsində əmtəə çənlər parkının genişlənməsinə səbəb olub. Neftin-qazın ilkin hazırlanması və nəql olunması məqsədi ilə yeni qurğu və avadanlıqların, onlara uyğun işlədicilərin, paylayıcı qurğuların yenidən qurulmasına zərurət yaranıb”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, mövcud 40, 41 və 42 saylı paylayıcı qurğular 1984-90-cı illərdə quraşdırılıb. SOCAR onların Türkiyənin “Elko” şirkətinə məxsus yeni tipli vakum açarlı avadanlıqlarla əvəz olunmasına başlayıb.
“Hazırda 40 və 41 saylı paylayıcı qurğularda işlər başa çatdırılıb. 42 saylı qurğuda isə quraşdırma işləri davam etdirilir. Gözlənildiyi kimi, paylayıcı qurğuların yenidənqurmadan sonra istifadəyə verilməsi əmtəə çənlər parkının, neftin və qazın ilkin hazırlanması və nəql olunması obyektlərinin etibarlı elektrik təchizatı ilə təminatına zəmin yaradacaq”, - deyə məlumatda qeyd olunur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət