Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Tailand Krallığının, Avstraliya və Yeni Zelandiyanın respublikaya yeni təyin olunan səfirlərinin - Tharit Çarungvat, Ceyms Martin Larsen və Conatan Endryu Karrın etimadnamələrini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Tailand səfiri ilə söhbət zamanı prezident Bakı ilə Banqkok arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib və əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edən dövlət başçısı iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğulayıb.
Avstraliyalı diplomatla görüşdə İ.Əliyev ikitərəfli əlaqələrin perspektivlərinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Öz növbəsində C.M.Larsen Avstraliyanın Azərbaycanla ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, təhsil və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
C.E.Karr ilə söhbət zamanı prezident bildirib ki, Azərbaycan ilə Yeni Zelandiya arasında çox yaxşı siyasi əlaqələr qurulub. Dövlət başçısı bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün güclü qarşılıqlı siyasi iradənin olduğunu vurğulayıb. İ.Əliyev biznes, sərmayə qoyuluşu və digər sahələrdə imkanların araşdırılmasının zəruriliyini qeyd edib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət