«Yaşıl Kart» sistemi (“Green Card”) çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar təqvim ayı ərzində bağladıqları “Yaşıl Kart” müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləğinin 5%-i miqdarında aylıq təqvim haqlarını növbəti təqvim ayında İcbarı Sığorta Bürosunun (İSB) müvafiq hesabına ödəyəcəklər.
Bu norma parlamentin qəbul etdiyi "İcbari sığortalar haqqında" qanunda edilmiş dəyişikliklərdə nəzərdə tutulur.
Öz növbəsində İSB iştirakçı sığortaçıların “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyəti ilə əlaqədar maliyyə öhdəliklərini əhatə etmək məqsədilə birdəfəlik və təqvim ödənişləri hesabına formalaşacaq cari öhdəliklər ehtiyatı yaradacaq.
Təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən “Yaşıl Kart” blanklarının çap etdirilməsi və təbliğat işlərinin maliyyələşdirilməsinə, eyni zamanda cari öhdəliklər ehtiyatının formalaşdırılmasına yönəldilir. Təqvim ödənişləri növbəti ayın 15-dən gec olmayaraq Büronun müvafiq hesabına köçürülməlidir.
Birdəfəlik ödənişin məbləği Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən müəyyən ediləcək.
DSNX, həmçinin sığortaçıların bu sistem üzrə işləyərkən tətbiq edəcəkləri tarifin məbləğini müəyyən edəcək.
«Yaşıl Kart» sistemində yalnız İSB üzvü olan şirkətlər iştirak edə bilərlər. İSB “Yaşıl Kart” sistemində fəaliyyət göstərmək hüququna malik olan sığortaçıların reyestrini aparacaq.
Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş və qüvvədə olan Azərbaycan Yaşıl Kartına malik avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən “Yaşıl Kart” sisteminin tətbiq edildiyi digər ölkədə vurulan zərər üçün sığorta məbləğləri kimi həmin ölkənin qanunlarına uyğun olaraq müəyyən edilmiş sığorta məbləğlərinin və bu Qanunun 56.1-ci maddəsində nəzərdə tutulmuş sığorta məbləğlərinin böyük olanı götürülür.
Azərbaycan Yaşıl Kartı bir, üç, altı və ya on iki ay müddətinə bağlanır.
İSB “Yaşıl Kart” sistemində Azərbaycanın sığorta şirkətləri adından vahid təkrarsığortaçı qismində çıxış edəcək.
Dəyişikliklərə əsasən, sığortaçıların təbii fəlakətlər üzrə verdiyi sığorta təminatları ilə bağlı risklər Büro tərəfindən müəyyən edilən vahid təkrarsığorta proqramına uyğun olaraq təkrarsığorta etdirilir. Belə risklərin təkrarsığorta etdirilməsi zamanı Büro iştirakçı sığortaçılarının adından onların vahid təmsilçisi kimi çıxış edir.
Xəbər verildiyi kimi, qanunvericiliyə lazımi dəyişikliklər edilənə qədər İSB təkrarsığorta şirkətləri və banklarla danışıqları müvəqqəti olaraq dayandırmışdı.
Danışıqların dayandırıldığı vaxt şort-listdə iki təkrarsığorta şirkətinin adı var idi: “JLT” və “Guy Carpenter”.
Bundan başqa, dəyişikliklərə əsasən, İSB “Yaşıl Kart” sisteminin bütün iştirakçı-ölkələrinin əsas büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli müqavilələr imzalamalıdır.
Bu Qanunun Yaşıl Kart Sisteminin tətbiqinə dair müddəaları 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
“Green Card” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və “Yaşıl Kart”lar üçün vahid standartlar qəbul edilib. “Yaşıl Kart”a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
Hazırda “Yaşıl Kart” sisteminə Avropa, Asiya və Afrikanın 46 ölkəsi qoşulub. 2006-cı ildə Büro Şurasının mənzil-qərargahı Brüsselə köçürülüb.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətindən 15-i İSB-nin üzvüdür.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət