“Azərkosmos” ASC Türkiyənin televiziya və radio kanallarına daha keyfiyyətli xidmət göstərmək üçün “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başlayıb. Bu barədə ASC-nin məlumatında bildirilir.
“Bu telelimandan “Azerspace-1” peyki vasitəsi ilə bir çox Türkiyə kanallarının yayımı həyata keçirilir. 11015 /H/30000 tezliyində Azercosmos Promo, Euro D, Euro Star TV, TV 8-int, Show Turk, NTV, Can Azerbaycan TV, Yeni Shop TV, Kanal 12 kanallarının yayımı həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, Azerspace-1” üzərindən 130 kanal yayımlanır ki, onlardan 117-si telekanal, 13-ü radiokanaldır. Peyk üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır. Bu dilllərə Azərbaycan, gürcü, rus, türk, Ukrayna, fars, əfqan və ingilis dilləri daxildir.
Xəbər verildiyi kimi, “Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. 2010-cu ilin may ayında RİTN Amerikanın peyk istehsalı üzrə ixtisaslaşmış “Orbital Sciences Corporation” şirkəti ilə müqavilə imzalayıb.
Azərbaycan, həmçinin Malayziyanın “MEASAT” şirkəti ilə də orbital mövqeyindən “Azerspace-1” rabitə peyki üçün istifadə etmək barədə müqavilə imzalayıb. Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
“Azerspace-1” layihəsinin ümumi dəyəri $233 mln. təşkil edir. Bu məbləğin $121,7 mln.-u peykin hazırlanmasına, $93,8 mln.-u peykin orbitə çıxarılmasına, $17,5 mln.-u isə peykin orbitə buraxılmasının sığortalanmasına, orbitdə birillik istismarına və digər sığorta xərclərinə sərf olunub. Peykin hazırlanmasına sərf olunan $121,7 mln. məbləğə təkcə peykin istehsalı deyil, zəruri yerüstü avadanlığın quraşdırılması, kadrların hazırlanması və digər xərclər də daxildir.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət