Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendri Azərbaycan ilə Böyük Britaniyanın bank sistemləri arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə AMB-nin məlumatında qeyd edilir.
Ç.Hendri Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeydedib. O, Azərbaycan Mərkəzi Bankının fəaliyyətini, xüsusilə bank quruculuğu sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirdi.
E.Rüstəmov iqtisadiyyatın şaxələnməsi, maliyyə-bank sahəsində aparılmış islahatlar, Azərbaycan iqtisadiyyatının prioritetlərinə dair geniş məlumat verdi.
Görüşdə ölkədə makroiqtisadi vəziyyət, bank sektorunun inkişafı, maliyyə sabitliyi, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə dair müzakirələr aparıldı. Qeyd olundu ki, Böyük Britaniya şirkətləri Azərbaycanda bank sistemi sahəsində əməkdaşlıqda, ticarət əlaqələrinin daha da genişlənməsi və qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
Bundan başqa, tərəflər Azərbaycan ilə Böyük Britaniyanın bank sistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti, qarşılıqlı ticarət və investisiya münasibətlərində maliyyə institutlarının, eləcə də bu sahədə gələcək inkişaf perspektivlərini müzakirə etdilər.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət