Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Kremlin “Cənub axını”ndan imtinasından sonra Bakı ilə Moskva arasında enerji sahəsində əməkdaşlığın dərinləşəcəyini istisna etmir.
“Rusiya boru kəmərlərinin Bolqarıstandan imtina edilərək Türkiyəyə çəkilməsi nöqteyi-nəzərindən son dovrdə Azərbaycan və Rusiyanın enerji şirkətləri arasında müşahidə olunan əməkdaşlıq məqamlarının gələcəkdə daha da inkişaf edəcəyini istisna etmirəm”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Parlamentari qeyd edib ki, Rusiyadan Türkiyəyə yeni boru kəmərinin tiintisi sual altında qalır.
“Hazırda yalnız qarşılıqlı anlaşma memorandumu imzalanıb (Rusiyadan Türkiyəyə yeni qaz boru kəmərinin tikintisi üzrə - İF-Az). “Qazprom”un layihəsinin yeni mərhələdə reallaşması məsələsi də sual altındadır. Bunun üçün ciddi maliyyə resursları tələb olunur, “Qazprom”un isə çoxlu kredit borcu var. Bu layihənin reallaşması üçün resurslar tapacağını demək hələ ki çətindir. Bunun hansı müddətdə həyata keçiriləcəyi məsələsi də sual altındadır”, - deyə R.Musabəyov.
Onun sözlərinə görə, Rusiyanın “Cənub axını” layihəsinin reallaşmasından imtina etməsi Azərbaycanın özünün enerji layihələrinin həyata keçirilməsinə dair fəaliyyətini çətinləşdirməyəcək.
“Azərbaycanın isə nəinki bütün imzalanmış sənədləri, həm də öz layihəsinin reallaşdırılması üçün maliyyə mənbələri var. Bu səbəbdən, düşünmürəm ki, Rusiyanın “Qazrpom”unun “Cənub axını”ndan “Cənub dəhlizinə keçməsi Azərbaycanın layihələri üçün hər hansı mürəkkəb vəziyyət yaradar”, - deyə deputat əlavə edib.
R.Musabəyovun fikrincə, nə Bakı, nə də Moskva bir-biri ilə rəqabət aparaq, özlərinin xammalına qiymətin azaldımasında maraqlı deyil.
“Nəticədə, həm Azərbaycan, həm də Rusiya Türkiyə və Avropa bazarında rəqib kimi görünə bilərlər. Ancaq Rusiyanın həcmlərinin müqayisə olunmayacaq dərəcədə Azərbaycanın həcmlərindən artıq olması nəzərə alınaraq, heç bir rəqabətə baxmayaraq, nə Bakı, nə də Moskva rəqabət aparaq, özlərinin enerji xammalına qiymətin azaldımasında maraqlı deyil”, - deyə o əmindir.
Qeyd olunanlara əsaslanaraq R.Musabəyov bildirib ki, “Azərbaycan, Türkiyə və Rusiya arasında enerji əməkdaşlığının artıq üçtərəfli formatda dərinləşməsi üçün zəmin yaranır”.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət