Qarabağ münaqişəsinin nizamlanmasına dair son üç sammit kifayət qədər ümidverici olub, lakin onlardan sonra Ermənistan tərəfindən keçirilən hərbi təlimləri yaranan ümidlərə son qoydu. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında bəyan edib.
“Həmin təlimlərin Azərbaycanın işğal olunan ərazilərində keçirilməsi bu görüşlərin ruhuna qətiyyən cavab vermir”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi Avropanın təhlükəsizliyinə təhdid, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi daxil olmaqla, beynəlxalq normaların kobud şəkildə pozulmasıdır.
“Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi, Uels və Parisdə keçirilən sonuncu danışıqlarından sonra Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində irimiqyaslı təxribatçı hərbi təlimlər həyata keçirdi. Hər üç görüşdə sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə müəyyən müsbət işarələr var idi. Ermənistan tərəfindən belə təxribatçı güc nümayişi bu danışıqların ruhuna, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin səylərinə uyğun gəlmir və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan ərazilərindən çıxarılmasının siyasi həllinə nail olunması istiqamətində etimadın qurulmasına mənfi təsir göstərir”, - deyə E.Məmmədyarov bildirib.
Nazir xatırladıb ki, həmsədrlər artıq Ermənistanın irimiqyaslı hərbi təlimləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
“Ermənistanın bu kimi hərbi təlimləri təkcə vasitəçilərin sülh danışıqlarında irəliləyiş əldə etməsinə maneçilik cəhdi kimi deyil, eyni zamanda ərazilərin işğalının möhkəmləndirilməsinin davam etməsi kimi qiymətləndirilməlidir”, - deyə nazir vurğulayıb.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət