Azərbaycanda sığorta şirkətləri vahid qiymətləndirmə cədvəli hazırlayacaqlar. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında bildirilir.
Məlumatda deyilir ki ASA-da dekabrın 3-də sığorta şirkətlərinin avtomobil üzrə anderrayterlərinin və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə mütəxəssislərinin iştirakı ilə görüş keçirilib. Görüş, ASA-nın noyabrın 11-də baş tutmuş Könüllü sığorta komitəsinin iclasının yekunları əsasında təşkil edilib. Xatırladaq ki, həmin iclasda “Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”nda öz əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilmişdi.
Məsələ ondadır ki, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır.
“Buna görə də, məsələnin qiymətləndirmə ilə məşğul olan sığorta mütəxəssislərinin iştirakı ilə müzakirə edilməsinə qərar verilib. Qərara gəlinib ki, bir neçə sığorta şirkətinin nümayəndəsinin iştirakı ilə vahid qiymətləndirmə cədvəli hazırlansın. Bu cədvələ əsasən, avtomobillərin istehsal olunduğu ölkə, marka və istehsal ilindən asılı olaraq onların bazar dəyəri müəyyən ediləcək. Yəni, müəyyən edilmiş əmsallar (faiz göstəriciləri) əsasında hər bir maşının istehsalından neçə il keçməsindən asılı olaraq onun ilkin satış dəyərini nə qədər itirdiyi hesablanacaq. Beləliklə, işlənmiş avtomobillər sığortalanarkən sığorta məbləği və sığorta haqqı ilə bağlı mübahisələr aradan qalxmış olacaq”,- deyə bildirilir.
İclasda ASA ilə birgə “Buta Sığorta”, “AXA MBASK”, “Atasığorta”, “Azərbaycan Sənaye Sığorta”, “AMRAH Sığorta”, “Qarant Sığorta” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət