Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə yeni laboratoriya cihazları və süni mayalanma avadanlıqları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
` “Ölkəmizdə kənd təsərrüfatının inkişafına lazımi dövlət qayğısı göstərilir. Bu sahə üzrə həyata keçirilən tədbirlər, xüsusilə subsidiyaların verilməsi, maddi-texniki bazanın gücləndirilməsi, yeni texnikaların, məhsuldar toxum sortlarının və cins mal-qaranın alınıb gətirilməsi, torpaq mülkiyyətçiləri və fermerlər üçün hərtərəfli şəraitin yaradılması kənd təsərrüfatının inkişafına stimul verib”,- deyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib.
Onun sözlərinə görə, ölkəmizdə, eləcə də muxtar respublikamızda baytarlıq xidmətinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“Bu gün muxtar respublikada Dövlət Baytarlıq Xidməti, Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, 170 sahə baytarlıq məntəqəsi və 9 baytar sanitar ekspertiza laboratoriyası fəaliyyət göstərir. Muxtar respublikada bir inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bir baytarlıq məntəqəsi prinsipi əsas götürülərək bütün yaşayış məntəqələri baytarlıq xidməti ilə əhatə olunub. Kənd mərkəzlərində istifadəyə verilən baytarlıq məntəqələri lazımi avadanlıqlarla təmin olunub, süni mayalandırma tədbirlərinin aparılması üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən bu tədbirlər muxtar respublikada mal-qara arasında xəstəliklərin qarşısının alınmasına və sağlam ərzaq məhsullarının istehsalına səbəb olub. Hazırda muxtar respublikada 110 min baş iribuynuzlu, 690 min başa yaxın xırdabuynuzlu, 68 min arı ailəsi saxlanılır. Bu da baytarlıq xidmətinin nümunəvi təşkilini zəruri edir. Dövlət Baytarlıq Xidmətinin əməkdaşları yaradılan şəraitdən düzgün istifadə etməli, bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməlidirlər”,- deyə o vurğulayıb.
Sonra Ali Məclisin Sədri Dövlət Baytarlıq Xidməti üçün alınmış yeni avadanlıq və ləvazimatlara baxıb.
Məlumat verilib ki, Baytarlıq Laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 27 adda müxtəlif avadanlıq və 26 adda müxtəlif ləvazimat, süni mayalanma tədbirlərinin genişləndirilməsi üçün 15 ədəd yedəkli motosiklet, 32 ədəd süni mayalama çantası və 10 adda müxtəlif ləvazimatlar alınıb gətirilib. Yeni alınan laboratoriya cihazları, süni mayalama avadanlıqları və texnikalar heyvandarlıq sahəsinin intensiv inkişafına, müasir texnologiyalardan istifadəyə, o cümlədən baytarlıq sahəsində elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə imkan verəcəkdir. Bioloji mikroskoplar, sanitar ekspertiza avadanlıqları və digər ləvazimatlar heyvandarlıq məhsullarının fiziki-kimyəvi xassəsinin və bioloji strukturlarının yoxlanılmasında, baytarlıq sahəsində biotəhlükəsizlik tədbirlərinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır.
K.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət