Türkiyə Azərbaycana müşahidə peyklərinin birdə istehsalı imkanını nəzərdən keçirilməyi təklif edir. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşık ilə görüşündə iki ölkənin rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ə.Abbasov qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində rabitə və yüksək texnologiyalar sahəsi xüsusi yer tutur. O həmçinin vurğulayıb ki, texnoparkların yaradılmasında Türkiyənin zəngin təcrübəsi Azərbaycan üçün faydalı ola bilər.
Öz növbəsində, F.İşık qeyd edib ki, dünya “kosmik klubu”nun üzvü kimi, Azərbaycan peyk sənayesinin inkişafında əsaslı rol oynaya bilər və bu sahədə birgə layihələrin reallaşmasını məqsədəuyğun olduğunu vurğulayıb.
Bununla yanaşı, o əlavə edib ki, kosmik sənaye sahəsində, o cümlədən müşahidə peyklərinin istehsalında Türkiyə müvafiq yer tutur və Azərbaycan tərəfinə birgə peyk istehsalı imkanlarını nəzərdən keçirməyi təklif edib.
F.İşıkın sözlərinə görə, Azərbaycan və Türkiyə bio, nano, yüksək texnologiyalar və digər istiqamətlər üzrə də birgə əməkdaşlıq üçün geniş potensiala malikdir, bu potensialdan faydalanmağın hər iki ölkəyə böyük imkanlar qazandıracaq.
Türkiyəli nazir ikitrəfəli təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkərək, nəzəri biliklərin texnoloji həllərə yönəldilməsinin əhəmiyyətini qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət