SOCAR şirkətinin( Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev gələcəkdə Azerbaijan-Georgia-Romania Interconnection (AGRI) layihəsinin həyata keçirilə biləcəyini istisna etmir.
“Bütün layihələrin həyata keçmək hüququ var. Azərbaycan böyük qaz ehtiyatlarına malikdir və indi yeni yataqlar işlənilir, xüsusən “Abşeron” yatağında iş aparılır, BP şirkəti ilə birlikdə “Şəfəq-Asiman” perspektiv strukturunun işlənməsinə hazırlıq gedir.Həmçinin “Ümid-Babək” blokunun işlənməsi üçün işlər aparılır. Qaz ehtiyatı çoxdur və onun bazarlara çıxarılması üçün infrastruktur lazımdır.Bu nöqteyi nəzərdən AGRI layihəsi də gələcəkdə həyata keçirilə bilər”,- deyə R.Abdullayev bazar ertəsi jurnalistlərə bildirib.
Lakin SOCAR prezidenti qeyd edib ki, ilk növbədə “Cənub qaz dəhlizi” layihəsi dayanır, bu layihə artıq rellaşdırılmağa başlayıb və onun genişləndirilməsi üçün böyük imkanlar var.
“Əgər lazım gələrsə və bazarda tələbat yaranarsa biz AGRI layihəsinə qayıda bilərik”,- deyə R.Abdullayev bildiib.
N. Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət