Dekabrın 8-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dan məlumat verilib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq onu BANM-də görməkdən məmnunluğunu bildirib. Tədbiri açan rektor Elmar Qasımov tələbələrə Qordon Birellin fəaliyyəti haqqında qısa məlumat verərək, onun neft mühəndisliyi sahəsində uzun illər çalışdığını və 2012-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti təyin olunduğunu deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin neft sənayesinin inkişafındakı xidmətlərinə görə, o cümlədən “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar olaraq Q.Birellin “Dostluq” ordeni ilə təltif edildiyini vurğuladı və bu münasibətlə qonağı təbrik edib.
Rektor E.Qasımov Azərbaycanda neft-qaz sənayesinin inkişafından söz açıb. O bildirib ki, ölkəmizdə neft strategiyasındakı mövcud perspektiv imkanlar gənclərin BANM-ə marağını artırır. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində ingilis-dilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək, qeyd etdi ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətləri ilə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edilməsidir.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell BANM-in tələbələri üçün “20 illik uğurlu neft yolu “ mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda BP şirkətinin Azərbayandakı 20 illik fəaliyyətindən, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə Azərbaycanın neft-qaz sənayesinin inkişafında əldə olunan böyük uğurlardan, Azərbaycanın beynəlxalq layihələrdəki rolundan, bu layihələrin icrasına cəlb etmək üçün ixtisaslı mütəxəssislərə ehtiyac yaranmasından və bu sahədə görülən işlərdən, Bakı-Tbilisi-Ceyhan layihəsinin iqtisadi önəmindən və ölkədə həyata keçirilən uğurlu neft strategiyasından bəhs edildi. Qordon Birrell həmçinin, BP şirkətində gənclər üçün yaradılan təlim və karyera imkanları barəsində danışıb. Sonra o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov tələbələr qarşısında dolğun məlumatlı çıxışına görə qonağa təşəkkür edib və onu BANM-in “Fəxri qonaq” diplomu ilə təltif edib.
Xatırladaq ki, 2013-cü ilin noyabr ayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət