Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin( DQİDK) və Pakistan Strateji Tədqiqatlar İnstitunun (PSTİ) təçkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə İslamabad şəhərində “Dini tolerantlığın gücləndirilmısi və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.
DQİDK-in mətbuat xidmətinin məlumatına əsasən, tədbirdə radikalizmi doğuran səbəblər, onunla mübarizədə hər iki ölkənin qarşılaşdığı məsələlər müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin və gələcək əməkdaşlığın zəruriliyi vurğulanıb.
Konfransı giriş sözü ilə açan PSTİ-nin sədri, səfir Xalid Mahmud iki qardaş ölkənin tolerantlığın gücləndirilməsi istiqamətində təcrübəsinin öyrənilməsi baxımından bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Konfansda çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov Azərbaycan hökumətinin ölkədə dini tolerntlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasətdən danışıb. O qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş, həmçinin müxtəlif inzibati tədbirlər Azərbaycan dövlətinin anti-radikalızm siyasətinin əsas elementlərini təşkil edir.
Konfransdan sonra iştirakçılara Azərbaycan məscidlərinin fotolarından ibarət “Azərbaycan-İslam mədəniyyətinin incisi” sərgisi təqdim edilib.
Təqdimat zamanı DQİDK sədrinin müavini G. İsmayılov bu gün ölkəmizdə fəliyyət göstərən məscidlərin sayının 2000-dən çox olduğunu qeyd edərək onlara dövlət qayğısından danışıb. Sərgidə 40-dan çox məscid, o cümlədən Azərbaycanın Qarabağdakı erməni işğalı altında olan məscidlərimizin işğaldan əvvəlki və sonrakı fotoları nümayiş etdirilib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət