2014-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 6 mlrd. 645 mln. 692 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə nazirliyin saytında dərc edilmiş məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və rüsum köçürmələri 6 mlrd. 245 mln. 438,8 min manat təşkil edib. Beləliklə, 2014-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə köçürmələri 6,4% artırıb.
Nazirliyin məlumatına görə, cari ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə qeyri-neft-qaz sektoru xətti ilə vergi daxilolmaları 3 mlrd. 899 mln. 924,7 min manat (2013-cü ilin analoji dövrü ilə müqayisədə artım 14,4% -İF-Az) təşkil edib. Ümumilikdə, hesabat dövründə qeyri-neft-qaz sektoru Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə bütün daxilolmaların 58,7%-ni təmin edib.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə köçürmələrin 27,5%-ni ƏDV, 33,4%-ni mənfəət vergisi, 13,2%-ni fiziki şəxslərdən tutulan gəlir vergisi, 10,6%-ni aksizlər, qalan göstəriciləri isə digər vergilər üzrə daxilolmalar təşkil edib.
2014-cü ildə Vergilər Nazirliyinin dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd. 102 mln. manat təşkil edir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət