2014-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşlarına xaricdə göstərilən turizm xidmətlərinin həcmi $2,3 mlrd. təşkil edib, bu isə 2013-ci ilin analoji dövrünün göstəricisindən 11,5% çoxdur. Bu barədə Azərbaycanın cari ilin yanvar-sentyabr ayları üçün tədiyə balansı hesabatında deyilir. Hesabat Mərkəzi Bankın saytında dərc edilib.
Qeyd olunan məbləğin 66,1%-i Azərbaycan vətəndaşlarının xaricə fərdi səfərlər zamanı xərclədiyi vəsaitlərinin payına düşür.
Öz növbəsində, 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda xarici turistlərə $1 mlrd. 604,9 mln. məbləğində xidmətlər göstərilib.AMB-nin məlumatına görə, bu xidmətlərin 30,8%-i Azərbaycana işgüzar səfərə gəlmiş qeyri-rezidentlərə xidmət göstərilməsi ilə bağlıdır.
“Ümumilikdə, bu dövrdə Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi $10,5 mlrd. təşkil edib. Bunun $7,6 mlrd. məbləğində xidmətlər qeyri-rezidentlə tərəfindən Azərbaycan rezidentlərinə, daha $2,9 mlrd.-ı Azərbaycan şirkətləri və şəxslər tərəfind qeyri-rezidentlərə göstəilən xidmətlrin payına düşüb”, - deyə hesabatda vurğulanır.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycan vətəndaşlarına xaricdə göstərilən turizm xidmətlərinin həcmi $2,9 mlrd. təşkil edib
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət