SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Avropa İttifaqı iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır. Bu barədə şirkətin investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən SOCAR-ın rəsmi saytında məlumat verilir.
“SOCAR Avropa İttifaqı iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır. Aİ, öz tərəfindən qeyri-Avropa sərmayədarlarına lazımı strateji dəstəyi göstərməlidir”, - deyəı E.Nəsirov dekabrın 9-da Brüsseldə “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin müzakirəsinə həsr olunmuş görüş çərçivəsində bəyan edib.
Həmçinin tədbirdə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və CQD layihəsinə cəlb olunmuş beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.
E.Nəsirov çıxışı zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyini, ölkənin Avropa qitəsində əhəmiyyətinin artdığını vurğulayıb.
Vitse-prezident həmçinin bildirib ki, CQD üzrə ilkin qazın həcminin az olmasına baxmayaraq, Azərbaycan qazı AİDə istehlakçı ölkələrdə enerji təchizatı problemlərini kökündən həll edə bilər. O əlavə edib ki, layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət ayrılır.
M.Şefçoviç öz tərəfindən bəyan edib ki, bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşündə CQD layihəsini müzakirə edib.
“Azərbaycan rəhbərliyi layihəni prioritet olaraq görür və işlərin vaxtında başa çatdırılacağına zəmanət verir”, - deyə o vurğulayıb.
M.Şefçoviç qeyd edib ki, Azərbaycan və Türkiyə layihə üzrə öhdəliklərini artıq yerinə yetiriblər, indi isə Avropadan üzərinə düşənləri həyata keçirməyi gözləyirlər. O, Enerji İttifaqının yaradılması üçün əlverişli anın gəldiyini vurğulayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət