Azərbaycan hökuməti Xaçmaz rayonunda aqroparkın yaradılması imkanlarını müzakirə edir. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova məlumat verib.
“Bu gün biz hökumətdə Xaçmaz rayonunda aqroparkın yaradılması məsələsini müzakirə etdik. Hökumətin planlarına əsasən, Şəmkir, Tovuz və Samux rayonlarında da iri aqroparkların yaradılması planlaşdırılır”, - deyə S.Həsənova çərşənbə günü AzTV telekanalında yayımlanan “Günün nəbzi” verilişində bildirib.
O qeyd edib ki, bu cür aqroparkların yaradılması kənd təsərrüfatı məhsullarının daxili istehsalının artmasına, Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatına yönəldilib.
S.Həsənova vurğulayıb ki, Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün əlverişli şəraitin yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirir. Xüsusilə onlar praktiki olaraq bütün növ vergi ödənişindən azad ediliblər (torpaq vergisi istisna olmaqla - İF-Az), dövlət kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verir, “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsullarının güzəştli şərtlərlə satışını təşkil edir.
Nazir müavini əlavə edib ki, bu addımlar daxili istehsal hesabına əsas ərzaq növləri ilə təminat səviyyəsini artırmağa imkan verib. “Ərzaq mallarının əsas növləri üzrə daxili istehsal hesabına təminat səviyyəsi 90%-i ötür. Misal üçün, ət üzrə bu göstərici 95%-i, quş əti üzrə 93%-i, yumurta üzrə 97%-i, süd məhsulları üzrə 90%-i ötür”, - deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üzrə siyasəti, o cümlədən biznesə zəruri dəstəyin göstərilməsini davam etdirəcək.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət