2016-cı ildə Azərbaycanda “InterContinental Baku” oteli açılacaq. Bu barədə “InterContinental Hotels and Resorts” şirkətinin məlumatında bildirilir.
“InterContinental Baku” “Az-ORS” MMC ilə franşiza müqaviləsi əsasında işləyəcək və Türkiyədə fəaliyyət göstərən “InterContinental Istanbul” otelinin sahibi “The Ceylan Group” şirkəti tərəfindən idarə olunacaq “InterContinental Baku” paytaxtın mərkəzində, Bakı bulvarı yaxınlığında, Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində yerləşəcək.
“Bakı bu gün Azərbaycanın mədəni, elmi və sənaye mərkəzi olan dinamik inkişaf edən şəhərdir.
“Gözəl çimərliklər geniş əyləncə seçimi imkanı Bakını Qafqazda turistlərin üstünlük verdiyi şəhərə çevirib. Bu, dünyada dəniz səviyyəsindən aşağıda yerləşən ən böyük şəhərdir. Burada beynəlxalq tədbirlər keçirilir, 2015-ci ildə burada ilk Avropa Oyunları keçiriləcək. Bakı, həmçinin 2016-cı ildə Formula-1 üzrə Avropa Qran-pri yarışlarına, 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək”, - deyə məlumatda qeyd edilir.
Yeni oteldə 105, o cümlədən “lüks” və “yarımlüks” kateqoriyasında bir neçə otaq, o cümlədən “lüks prezident” nömrəsi olacaq. Otel həm Azərbaycan, həm də əcnəbi müştərilər üçün nəzərdə tutulub.
“Biz lüks dərəcəli “InterContinental” otelinin Azərbaycanda açılmasının planlaşdırılmasından və bu layihə çərçivəsində “The Ceylan Group”la tərəfdaşlıqdan çox məmnunuq. “InterContinental Baku” bizim Azərbaycanda üçüncü otelimiz və brendimizdir. Biz qonaqlarımızın səfərlərini unudulmaz etmək üçün şəhər və regionlarda öz brendimizi inkişaf etdirməkdə davam edəcəyik”, - deyə məlumatda İHG-nin Rusiya, MDB və Gürcüstanda inkişafı üzrə vitse-prezidenti Aron Libinsona istnadən bildirilir.
Hazırda dünyada “InterContinental Hotels and Resorts” brendi altında 178 otel fəaliyyət göstərir və daha 53 otelin tikintisi davam etdirilir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət