1 saylı Kliniki Tibbi Mərkəz Avropa Oyunlarının baza xəstəxanası təyin edilib. Bu barədə cümə günü jurnalistlərə Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev “Media tur” zamanı məlumat verib.
“Əgər oyunlar zamanı idmançı və turistlərin səhhətində hər hansı problem yaransa, burada müxtəlif şöbələrdə onlara tibbi yardım göstəriləcək”,- deyə S.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Mərkəz Almaniya istehsalı olan ən müasir avadanlıqla təchiz edilib.
Qeyd edilib ki, klinika 760-800 çarpayılıqdır və burada 2 min nəfər işçi var. Onlardan 500 nəfəri həkim, 800 nəfəri orta tibb işçisi, 700 nəfəri isə kiçik tibb işçisidir.
O, həmçinin qeyd edib ki, klinikada müxtəlif növ tibb prosedurlarının həyata keçirilməsi üçün hər bir şərait mövcuddur.
"Dünyada elə bir ölkə yoxdur ki, orada səhiyyənin vəziyyətindən vətəndaşlar tam razı qalsınlar. Bizim klinika hər il 30 minə yaxın pasiyentə xidmət göstərir, onlardan 10 min nəfəri əməliyyat olunur”, - deyə baş həkim vurğulayıb.
A.Zeydullayeva
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət