SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 1 yanvar 2015-ci il tarixindən etibarən “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətini dayandıracaq. Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu gün mətbuat konfransında bəyan edib.
“Şirkətin prezidentinin 24 dekabr 2014-cü il tarixli əmrinə əsasən, 1 yanvar 2015-ci il tarixindən etibarən “Azərneftyağ” NEZ Heydər Əliyev adına Bakı neft emalı zavoduna birləşdirilərək fəaliyyətini dayandıracaq”, - deyə X.Məmmədov bildirib.
Onun sözlərinə görə, neft emalı zavodlarının fəaliyyətlərində bir-birini təkrar edən biznes prosesləri əlavə xərclər tələb edirdi, bu isə iqtisadi nöqteyi-nəzərindən qeyri-effektiv hesab edilib.
X.Məmmədov qeyd edib ki, iki NEZ-in birləşdirilməsində məqsəd emal proseslərinin daha çevik idarə edilməsi və idarəetmənin bir mərkəzdən həyata keçirilməsidir.
SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, öz növbəsində deyib ki, “Azərneftyağ” NEZ və Bakı NEZ-in birləşdirilməsi 4 ilə yaxın vaxt aparacaq, “Azərneftyağ”da işləyən əsas qurğular BNEZ-in tərkibində fəaliyyətini davam etdirəcək.
“Bu, bir günün işi deyil, şirkətin texniki və maliyyə imkanlarından asılıdır. İlkin mərhələdə hər iki zavod birləşdiriləcək, neft emalı üzrə daha müasir strukturun yaradılması üçün daha sıx inteqrasiya təmin ediləcək. Dünya praktikasında qəbul olunub ki, bir müəssisə neft məhsullarının bütün spektrinin buraxılması ilə məşğul olsun. Bizdə mövcud olan sistem SSRİ-dən qalıb”, - deyə o qeyd edib.
X.Məmmədov əlavə edib ki, “Azərneftyağ”ın fəaliyyətinin dayandırılması ilə müəssisənin bir çox əməkdaşları artıq BNEZ-in tərkibində işini davam etdirəcək.
“Azərneftyağ”ın istehsalat qurğuları və istehsalat sahələrində çalışan əməkdaşlar fəaliyyətlərini BNEZ-in tərkibində davam etdirəcəklər. İstisna olunmur ki, səmərəsiz və ya az səmərəli hesab olunan sahələrin ləğv edilməsi, o cümlədən idarəetmə aparatının optimallaşdırılması yeni strukturda bir sıra rəhbər əməkdaşların fəaliyyətini qeyri-mümkün edəcək. Onlara ixtisaslarına uyğun olaraq iş təklif olunacaq”, - deyə o qeyd edib.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət