Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə vətəndaşların qəbulunu keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Müraciətlər əsasən dini icmaların qeydiyyata alınması, məscidlərin təmiri, dini mağazalara lisenziyaların verilməsi və dini sahədə maarifləndirmə ilə bağlı olub”, – deyə M.Qurbanlı bildirib.
Komitə sədri qeyd edib ki, qəbulda Gəncə ilə yanaşı, Goranboy, Samux, Göygöl, Daşkəsən, Şəmkir və digər rayonlardan sakinlər iştirak edib.
Bundan başqa, M.Qurbanlının sözlərinə görə, həmçinin Gəncədə “Ənənəvi İslam Dəyərləri və Müasirlik” mövzusunda ikigünlük regional konfrans keçiriləcək. Konfransda dini radikalizmə qarşı görülən işlər, qarşıda duran vəzifələr barədə geniş söhbətlər aparılacaq.
“Konfrans zamanı “Ənənəvi İslam və xarici təsirlər”, “İslamda dini müxtəliflik”, “İslam dünyasında radikalizmin yaranma səbəbləri” və digər mövzular müzakirə olunacaq”, - deyə o qeyd edib.
M.Qurbanlı Gəncədə Heydər Əliyevin abidəsini ziyarət edib, Şah Abbas Cümə məscidində və Aleksandr Nevski Rus Provaslav kilsəsində olub.
F.Mehdiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət