2019-cu ilə qədər Gəncə və Mingəçevir şəhərlərində sənaye parkları fəaliyyət göstərməyə başlayacaq.
Prezident İlham Əliyevi tərəfindən təsdiq edilmiş “2015-2020-ci illərdə Azərbaycanda sənayenin inkişafı üzrə Dövlət Proqramı” nda bu bənd öz təsdiqini tapıb.
Proqrama əsasən, 2015-2018-ci illərdə Gəncə və Mingəçevir şəhərlərində sənaye parklarının yaradılması üzrə işlərin yerinə yetirilməsi, onların infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili üzrə işlərin yerinə yetirilməsi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Gəncə və Mingəçevir şəhərlərinin İcra Hakimiyyəti orqanlarına tapşırılıb.
Bundan başqa, 2015-2017-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyi, eləcə də İcra Hakimiyyəti orqanları Sumqayıt Kimya Sənaye Parkında və Balaxanı Sənaye Parkında infrastruktur işlərini başa çatdırmalı, onların fəaliyyətini təkmilləşdirməlidir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2015-2016-cı illərdə Yüksək Texnologiyalar Parkının infrastrukturunu formalaşdırmalı və işini təşkil etməlidir.
Sənədə əsasən, 2015-2020-ci illərə qədər İqtisadiyyat və Sənaye Nazirliyi, eləcə də İcra Hakimiyyəti orqanları sənaye klasterlərinin yaradılmasına dair təkliflər hazırlamalı və müvafiq tədbirlər görməli, sənaye məhəllələrinin yaradılması üzrə işlər həyata keçirməlidirlər.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət