Yan Bredşou (Ian Bradshaw) Trans-Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi layihəsi üzrə konsorsiumun idarəedici direktoru təyin edilib. Bu barədə konsorsiumun məlumatında deyilir.
Y.Bredşou 2015-ci il fevralın 1-dən vəzifəsinin icrasına başlayacaq.
TAP konsorsiumunun idarəedici direktoru postunu tərk edən Kyetil Tunqland (Kjetil Tungland) Norveçə qayıdacaq. O, 2010-cu ilin aprel ayından TAP-ın idarəedici direktoru vəzifəsində işləyib.
Y.Bredşou 2005-ci ildən “BG Group” şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Yeni təyinata qədər “BG Group” şirkətinin investisiyalar üzrə baş vitse-prezidenti vəzifəsini tutub, dünya neft və qaz sənayesində 34 illik iş təcrübəsinə malikdir.
“Mən şadam ki, Y.Bredşou TAP layihəsinin reallaşdırılmasının növbəti və vacib mərhələsində, bizim 2016-cı ildə boru kəmərinin tikintisinə hazırlaşdığımız bir vaxtda layihəyə rəhbərlik edəcək. Y.Bredşou neft-qaz layihələrində böyük iş təcrübəsinə malikdir ki, bu da TAP layihəsinin təşviqi üçün böyük əhəmiyyət kəsb edir”, - deyə məlumatda TAP-ın Direktorlar Şurasının sədri Endi Leynə (Andy Lane) istinadən bildirilir.
Xəbər verildyi kimi, TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR (20%), BP (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Enagás” (16%) və “Axpo” (5%).
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət