Maliyyə Nazirliyi 2014-cü ildə qiymətli metallar və zərgərlik məmulatları, qiymətli daşların emalı və istifadəsi ilə bağlı sahibkarlıq fəaliyyətinə 150 lisenziya verib. Bu barədə nazirliyin saytında məlumat verilir.
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, onlardan 14-ü qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, 135-i dövriyyəsi, 1-i istehsalı ilə bağlı olub.
Lisenziyaya görə dövlət büdcəsinə 78,6 min manat məbləğində dövlət rüsumu ödənilib.
2014-cü ildə 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6 lisenziya ləğv edilib.
Məlumatda qeyd edilir ki, Dövlət Xidməti 2014-cü ildə dövlət əyarlanma və damğalanma sistemində nəzarət çərçivəsində 15 yoxlama həyata keçirib. Aparılan yoxlamalar nəticəsində dövlət büdcəsinə 1 mln. 217 min manat dövlət rüsumu ödənilib, pozuntulara yol vermiş sahibkarlara 18,6 min manat məbləğində cərimə tətbiq edilib.
“Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ildə 1,3 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib”, - deyə məlumatda vurğulanır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət