2014-cü ildə İcbari Sığorta Bürosunun (İSB) üzvü olan şirkətlər daşınmaz əmlakın icbari sığortası üzrə 678,151 min manat məbləğində ödəniş həyata keçiriblər.
İSB-nin məlumatına görə, bu ödənişlər 249 sığorta hadisəsi üzrə həyata keçirilib.
Ötən il sığortaçılar yaşayış evləri və mənzillərin icbari sığortası çərçivəsində 150 hadisə üzrə 387,967 min manat, inzibati binaların icbari sığortası üzrə 520 manat (1 hadisə), digər növ daşınmaz əmlakın icbari sığortası üzrə 289,664 min manat (98 hadisə) məbləğində ödənişlər həyata keçiriblər.
2014-cü ildə Bakıda sığortaçılar tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə 59 hadisə üzrə 202,53 min manat məbləğində ödəniş həyata keçirilib.
Daşınmaz əmlakın icbari sığortası bütün növ tikililərə - fiziki şəxslərə məxsus yaşayış evləri və mənzillərə, hüquqi şəxslərin ofislərinə, dövlət əmlakına şamil edilir. Bununla yanaşı, elektrik şəbəkəsində qısaqapanma nəticəsində yanğın, partlayış, su və kanalizasiya sistemində qəzalar, təbii fəlakətlər və s. ilə əlaqədar baş vermiş faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqlərində 15 min manat təşkil edir. Bu sığorta növü üzrə sığorta tarifi sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda 12 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası üçün lisenziyaya malikdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət