Masallı rayonunun Hişkədərə kənd sakini Ələmdar Əliyev mövsümdən asılı olmayaraq müntəzəm şəkildə Xəzər dənizində çimir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
1948-ci ildə fiziki qüsurlarla doğulduğuna görə anası onun yaşamasını istəməyib və körpəsini üç gün həyətdə qarın üzərində saxlayıb. 3 gün qar üzərində qalan körpə ölməyib və valideynlər fikirlərindən daşınıblar.
Hazırda Ə.Əliyevin 66 yaşı var, lakin buna baxmayaraq, o, qışda da Xəzər dənizində çimir.
“Mənim 66 yaşım var və bu günə qədər xəstələnməmişəm, tamamilə sağlamam”,- deyən Ə.Əliyev qed edib ki, o, “Ginnesin Rekordlar Kitabı”na düşmək arzusundadır.
Ə.Əliyev Masallı rayon telekommunikasiya qovşağında montyor işləyir. İş yoldaşlarının sözlərinə görə, hava şərait nə qədər sərt olsa da, o, ən şaxtalı və küləkli havalarda belə istənilən yüksəklikdə elektrik dirəyinə qalxaraq baş vermiş nasazlığı aradan qaldırır.
K.Qəmbərova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət