2014-cü ildə “Nikoil” İnvestisiya-Kommersiya Bankında (İKB) fiziki şəxslərin əmanətlərinin həcmi 25% - 173,7 mln. manatadək artıb. Bu barədə bankın İdarə Heyətinin sədri Vasili Xamaza bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransnda bildirib.
“2014-cü ilin sonuna bankda əhalinin əmanətləri 173,7 mln. manat təşkil edir və hesabat ili ərzində 25% artıb. Bu, çox yaxşı göstəricidir. Bununla belə, əhalinin əmanətlərinin ümumi həcmindən 165 mln. manat 1, 2, 5 il müddətinə nəzərdə tutulan təcili əmanətlərin payına düşür. Bu bankımıza olan etimadın göstəricisidir”, - deyə V.Xamaza qeyd edib.
Ötən il bank tərəfindən fiziki şəxslərdən cəlb olunan əmanətlərin həcmi üzrə plan 105% icra olunub.
V.Xamaza vurğulayıb ki, 2014-cü ilin yekunları üzrə bankın xalis mənfəəti 5,2 mln. manat təşkil edib. “Bankın səhmdarlarının qərarına əsasən, 2 mln. manatdan artıq məbləğdə mənfəət məqsədli ehtiyatların formalaşmasına yönəldilib. Ehtiyatlar formalaşdıqdan sonra bankın xalis mənfəəti 2,7 mln. manat təşkil edib”, - deyə o qeyd edib.
Bankın rəhbəri əlavə edib ki, “Nikoil” bank dövlət büdcəsinə 2,5 mln. manatdan artıq məbləğdə vergi ödəyib.
V.Xamaza qeyd edib ki, 2014-cü ildə bank fəal müştərilərin sayını 24,5 min - 130 minə qədər artırmağa müvəffəq olub.
O, həmçinin vurğulayıb ki, 2014-cü ildə bankın 21 filialından 19-u maliyyə yekunlarına dair planı yerinə yetirib.
“Bütövlükdə 2014-cü ildə bankın faiz gəlirləri 27% - 43 mln. manatadək artıb və bu göstərici üzrə biz ilk dəfə Azərbaycanda bankların TOP-7-nə daxil olmuşuq. Ötən il ərzində bankın komissiya gəlirləri 6,7 mln. manat təşkil edib (artım 63%)”, - deyə V.Xamaza vurğulayıb.
“Nikoil” İKB 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz Investment”, “NİKoil” səhmdar cəmiyyəti və “ISR Holding”dir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət