İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6 mln. 180,158 min manat məbləğində sığorta haqqı əldə ediblər. Bu barədə İcbari Sığorta Bürosunun məlumatında deyilir.
Şirkətlər 2014-cü ildə 232,149 min bu cür sığorta müqaviləsi bağlayıblar.
Ötən il İSB üzvləri belə müqavilələr üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çərçivəsində 509 tələb üzrə 775,748 min manat məbləğində ödəniş həyata keçiriblər.
Sığortaçılar ən çox Türkiyədən ölkəyə daxil olmuş avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətini sığortalayaraq 2 mln. 270,050 min manat (74,242 min polis) sığorta haqqı əldə ediblər. Bu beşliyə, həmçinin Azərbaycana Rusiyadan (1 mln. 364,193 min manat sığorta haqqı - 62,171 min polis), Gürcüstandan (1 mln. 117,679 min manat - 45,619 min polis) Almaniyadan (419,238 min manat - 17,091 min polis), İrandan (401,992 min manat -12,360 min polis) gələn avtonəqliyyat sahibləri daxildir.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 15 sığorta şirkəti büronun üzvüdür.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət