Çərşənbə günü Rabitə və Yüksək Texnologiyalar Nazirliyi www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatını keçirib. Bu barədə agentliyin müxbiri təqdimat mərasimindən məlumat verib.
“Elektron hökumət” portalının (www.e-gov.az) tərkib hissəsi olmaqla yeni portal özündə dövlət orqanlarının məlumatlar toplusunu əks etdirir, məlumatlar müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək. www.data.gov.az portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər.
www.data.gov.az portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirakdan ibarətdir. Mərasimdə qeyd edilib ki, portalın müvəffəqiyyəti əhalinin və biznes strukturlarının nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır.
Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların stimullaşdırılması, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının effektliyinin və səmərəliliyinin artırılması məqsəd kimi qarşıya qoyulub.
www.data.gov.az portalının təkmilləşdirilməsiüzrə istifadəçilərin rəyinin qəbulu üçün www.e-gov.az portalında yaradılmış "Əks əlaqə”, "E-gov Fikir bankı” bölmələrindən istifadə olunacaq.
Bundan başqa, təqdimat çərçivəsində RYTN www.data.gov.az portalında "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan edib. İKT mütəxəssisləri, “start-up”çılar, tələbələr və başqaları aprel ayının 15-nə qədər davam edəcək bu müsabiqəyə qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etməlidirlər.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət