Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2014-cü ildə vətəndaşların 3194 müraciətinə baxıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ötən il strukturun fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə bəyan edib.
“Həmçinin 218 cinayət xarakterli material araşdırılıb. Bu materialların 82%-i üzrə cinayət işi başlanıb”, - deyə o qeyd edib.
K.Əliyevin sözlərinə görə, 2014-cü ildə idarənin 161 saylı “Qaynar xətt”inə 4945 müraciət daxil olub. Müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri qaldırılıb.
“Operativ tədbirlər nəticəsində cinayət hadisəsi yerində saxlanan şəxslər barəsində 18 cinayət işi, o cümlədənkorrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanıb”, - deyə K.Əliyev qeyd edib.
Onun sözlərinə görə, 2014-cü ildə idarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində qaldırılan 206 cinayət cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 16 şəxs barəsində 9 iş rüşvət alma (passiv rüşvətxorluq), 5 şəxs barəsində 4 iş rüşvət vermə (fəal rüşvətxorluq), 43 şəxs barəsində 22 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 6 şəxs barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi, 6 şəxs barəsində 3 iş xidməti saxtakarlıq, 5 şəxs barəsində 4 iş səhlənkarlıq, 134 şəxs barəsində 79 iş mənimsəmə və israf etmə, 95 şəxs barəsində 59 iş xidməti vəzifəsindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 14 iş saxta sənədlərdən istifadə, 2 vətəndaş barəsində 2 iş digər faktlarla əlaqədar olub.
Ötən il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 mln. 165 min 41 manat ziyandan istintaq müddətində 54 mln. 885 min 691 manat və ya 72%-i ödənilib.
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət