2014-cü ildə Azərbaycanda orta məktəbi bitirib attestat almış məzunların sayı 83,2 min nəfərə bərabər olub. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) 2014-cü ilin yekunlarına dair məlumatında deyilir.
Ümumilikdə 83,8 min nəfər məktəbi bitirib, onların 99,4%-i attestat alıb.Ötən ilin sentyabr ayında məktəblərin 98,1%-i kompüterlərlə təchiz edilib.
Bundan əlavə, 61 orta ixtisas müəssisəsində 60,478 min nəfər təhsil alır, 39 dövlət və 14 özəl ali məktəbdə (bakalavr və magistraturada) 158,212 min nəfər təhsil alır ki, onlardan 48,5%-i qadınlardır.
2014-cü ildə ali məktəblərə 35,8 min nəfər daxil olub, bu gün əyani təhsil alan tələbələrin 38,4%-i təqaüd alır. Bakalavr təqaüdünün orta həcmi 71,5 manat, magistr təqaüdünün həcmi 77 manat təşkil edib, əlaçılar müvafiq olaraq 88 və 93,5 manat təqaüd alırlar.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkənin ali məktəblərində 58 xarici dövlətin vətəndaşı təhsil alır (4,189 min). Dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2,911 min nəfərə bərabərdir.
2015-ci ilin əvvəlinə Azərbaycanda fəaliyyət göstərən 140 elmi təşkilatda 22,4 min nəfər işləyir ki, onların da 70,6%-i alimlərdir. Bundan başqa, mütəxəssislərin üçdə biri elmlər doktoru və ya fəlsəfə doktorudur. 2014-cü ilin əvvəlinə olan statistikaya əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının 49 akademiki və 97 müxbir üzvü var.
A. Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət