Maliyyə Nazirliyi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrəsığorta məbləğini tədricən artırmağı planlaşdırır. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətiisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayevcümə axşamı mətbuat konfransındabəyan edib.
“AVSMMİS üzrəsığorta məbləği tədricən artırılacaq. Bu məqsədlə qüvvədə olan qanunvericiliyə dəyişikliklərin edilməsinə dair təkliflər hazırlanacaq”, - deyə M.Abdullayev bildirib.
Onun sözlərinə görə, həmçinin 2015-2017-ci illərdə sığorta hadisəsi nəticəsində avtomobillərə və daşınmaz əmlaka dəymiş zərərin hesablanması standartlarının hazırlanması planlaşdırılır.
Şöbə rəisi, həmçinin vurğulayıb ki, ortamüddətli dövrdə Maliyyə Nazirliyi vətəndaşların AVSMMİS üzrəsığorta müqavilələrindən yayınması hallarının qarşısının alınması məqsədilə təkliflər hazırlamağı nəzərdə tutur.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov mətbuat konfransında qeyd edib ki, 2014-cü ilin yekunlarına əsasən sığortaçıların AVSMMİS üzrəsığorta haqları 1,6% artaraq 70,3 mln. manat, ödənişləri 12,3% artaraq 30,2 mln. manat təşkil edib. “Bu günə sığortaçıların AVSMMİS üzrəzərərliliyi 60-70% təşkil edir”, - deyə o əlavə edib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətindən 11-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət