2014-cü ildə Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2 mlrd. 391 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 1,3% çoxdur. Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat verir
Hər nəfərə düşən ÜDM-in həcmi 0,8% artaraq 5 min 465,2 manat səviyyəsində olub.
2014-cü ildə muxtar respublikada sənaye istehsalının həcmi 2,5% - 891,486 mln. manata qədər artıb. Bununla yanaşı, sənaye istehsalının 95,6%-i əmtəənin, 4,4%-i xidmətlərin payına düşüb. Hesabat dövründə dövlət sektorunda 65,536 mln. manatlıq, qeyri-dövlət sektorunda 825,95 mln. manatlıq sənaye məhsulu istehsal edilib.
Ötən il əsas kapitala vəsait qoyuluşları 924,629 mln manat təşkil edib, bunun 806,943 mln. manatı və ya 87,3%-i tikinti-quraşdırma işlərinə yönəldilib.
2014-cü ildə Naxçıvan MR-də istehsal olunmuş kənd təsərrüfatı məhsullarının həcmi 6,1%, yükdaşımaların həcmi 1,9%, telekommunikasiya xidmətlərinin həcmi 2,3%, pərakəndə mal dövriyyəsi 1,4%, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 3,2%, əhalinin gəlirləri 2,2%, orta aylıq əmək haqqı 3,9% artıb.
Hesabat ilində muxtar respublikada 3805 yeni iş yeri yaradılıb ki, bunun da 97,5%-i daimi iş yerləridir.
Məlumatda qeyd edilir ki, ötən il banklar və kredit təşkilatları tərəfindən 54,457 mln. manat məbləğində kredit verilib ki, bu da 2013-cü ilin göstəricisindən 9,4% çoxdur.
2014-cü ildə sahibkarlıq fəaliyyətinin inkişafı üçün 33 mln. 548,5 min manat məbləğində kredit verilib ki, bunun da 21 mln. 482,5 min manatı fərdi sahibkarlığın inkişafına, 12 mln. 66 min manatı yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsinə sərf edilib.
2014-cü ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi $517,427 mln. (artım 1,1%), ixrac $408,64 mln., idxal $108,787 mln., müsbət saldo $299,853 mln. təşkil edib. İxracın həcmi 1,5% artıb, idxal 0,7% azalıb.
Q.Hüseynova
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət