Martın 17-də Bakıda “The Economist Events”in təşkilatçılığı ilə Azərbaycan İnvestisiya Forumu keçiriləcək. Bu barədə təşkilatçının saytında məlumat verilir.
Forumun işində bank, texnologiya, investisiya, istehsal, həmçinin təhsil sahələrinin nümayəndələri iştirak edəcək.
Forumda enerji sektoru, qeyri-neft sektorunun payının artırılması, innovasiyalar, sahibkarlıq, yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu, təhsil, idman tədbirlərinə aid məsələlər müzakirə olunacaq.
Forum çərçivəsində Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, “PAŞA Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov, “Holcim” şirkətinin regional meneceri Horia Adrian, “Azərbaycan Yüksək Texnologiyalar Parkı”nın baş direktoru Seymur Ağayev, Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Dmitri Qvindadze və ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edəcəklər.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş məruzə ilə çıxış edəcək.
Bundan başqa, tədbirdə “Bakı-2015” Avropa Oyunlarının icraçı direktoru Saymon Kleqq və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edəcəklər.
The Economist Events strateji məsələlərin həlli üçün yeni ideyalar axtaran təşkilat rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbirlərin aparıcı təşkilatçısıdır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət