Azərbaycanda ali məktəblərə ödənişli əsaslarla plan yerləri ləğv ediləcək. Bu barədə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nınhəyata keçirilməsiiləbağlı Fəaliyyət Planına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
“Azərbaycanın ali məktəblərində təhsil haqqı bu gün olduğu kimi qalır, yalnız ödənişli əsaslarla ali məktəblərin plan yerlərinə qoyulan məhdudiyyətlər ləğv ediləcək”,- deyə Y.Piriyev bildirib.
O söyləyib ki, bu gün heç bir ölkədə pulsuz təhsil yoxdur. Təhsil haqqını ya dövlət, ya da özəl şəxslər ödəyir.
Mətbuat konfransında 12 illik təhsil sisteminə keçid məsələsinə də toxunulub.
“12 illik təhsil sisteminə keçid elə də sadə proses deyil. Bu, bir neçə məqamla bağlıdır, bu məsələ orta təhsil sistemində böyük dəyişikliklər edilməsini tələb edir”, - deyə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov qeyd edib.
Onun sözlərinə görə, proses tədricən həyata keçiriləcək.
“Biz işçi qruplar yaratmaqla işə başlayacağıq. Təhsil proqramını genişləndirməli və məktəblilərin təhsilə marağını artırmalıyıq”,- deyə A.Əhmədov qeyd edib.
“12 illik təhsil sistemində 10 illik ümumi təhsil və 2 illik tam orta təhsil nəzərdə tutulur. Lakin bu sistemin hansı ildən tətbiq ediləcəyini söyləmək hələ ki, tezdir”, - deyə o əlavə edib.
A.Zeydullayeva
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət