Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Bakıya London taksi-keblərinin gətirilməsi 2015-ci ilin mart ayında başa çatacaq. Bu barədə bazar ertəsi jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.
Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq çərçivəsində yol-nəqliyyat infrastrukturunun hazırlanması üzrə işlər təsdiq olunmuş proqram əsasında aparılır, idmançıların, qonaqların və turistlərin hərəkət marşrutları təsdiq olunub.
“Ümumiyyətlə bizim oyunlara hazırlığımız yüksək səviyyədədir. Ölkəyə taksi və avtobusların gətirilməsi davam edir. Azərbaycana artıq 300 London taksisi gətirilib, onların 200-ü dövlət nömrə nişanları ilə təmin edilib. Bundan başqa, fevral ayının sonu - mart ayının əvvəlinə ölkəyə daha 200 taksi gətiriləcək”, - deyə o qeyd edib.
Nazir əlavə edib ki, dünya bazarlarında neft qiymətlərinin azalması ölkədə layihələrin həyata keçirilməsinə mənfi təsir göstərir, layihələrin yubadılmasına səbəb olur.
“Bakıda sürət qatarlarının fəaliyyətə başlaması ilə bağlı layihələr hələ ki, arzu olaraq qalır, lakin onları həyata keçirmək istəyi var. Bu, xeyli investisiya tələb edir, neft qiymətlərinin aşağı düşməsi isə layihələrin həyata keçirilməsinə təsir göstərir, onların yubanmasına səbəb olur”, - deyə Z.Məmmədov qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət