2015-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) 6,3 mindən artıq “Pensiya” əmanəti cəlb edib. Bu barədə ABB-nin mətbuat xidmətindən məlumat verilib.
“Fərdi pensiya yığımları məhsulu - “Pensiya” əmanətinə əhali tərəfindən maraq artmaqdadır. 2015-ci ilin əvvəlinə “Pensiya” əmanəti üzrə vəsaitlərin ümumi həcmi 230,6 min manat təşkil edir”, - deyə məlumatda bildirilir.
ABB bu məhsulu 2013-cü ilin noyabr ayında təqdim edib.
“Pensiya” əmanəti ən azı 15 il müddətinə nəzərdə tutulan yığım xarakterli bir əmanət növüdür. Müqavilənin şərtlərinə əsasən, əmanətçi artıq 50 yaşında “pensiyaya çıxa bilər”. 15 il müddəti olanda bu növ üzrə yığımlar iki dəfə artır. Məsələn, hər ay 100 manat ayrılanda 15 ildən sonra yığımın həcmi 18 min manat təşkil edir vəbu məbləğə bank tərəfindən 18,107 manat əlavə hesablanır. Əgər əmanət 32 il müddətinə açılırsa (18 yaşdan 50 yaşa qədər), yığımların həcmi beş dəfə artır.
Bu əmanətin üstünlüklərindən biri də odur ki, əmanətçi vəfat etdiyi halda, bütün ayırmalar və hesablanmış faizlər tam həcmdə miras kimi varislərinə ötürülür. Əmanət üzrə müddət başa çatandan sonra əmanətçi yığılan vəsaitləri həm geri götürə, həm də əmanəti saxlaya bilər.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət