47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin birinci mərhələsi başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Seçim mərhələsində X və XI siniflər üzrə 1,472 min şagird iştirak edib.
Müsabiqənin nəticələrinə əsasən, 684 şagird zona mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin zona mərhələsinin keçirilmə tarixi yaxın günlərdə elan olunacaq.
47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-dən 29-dək Bakı şəhərində keçiriləcək. Olimpiadada 80 ölkədən 300 məktəbli iştirak edəcək. Təhsil Nazirliyində 47-ci Beynəlxalq Olimpiadanın yüksək səviyyədə keçirilməsinə dair müvafiq əmr imzalanıb. Beləliklə, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Bundan başqa, milli komanda tərkibində Olimpiadada iştirak üçün namizədlərin seçilməsi qaydaları təsdiq edilib.
Olimpiadanın keçirilməsi planına əsasən, seçim turları rayon (şəhər), zona və respublika miqyasında keçirilməlidir. Üç seçim turunda X-XI siniflərin şagirdləri iştirak edəcəklər. Suallar MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən hazırlanacaq.
Beləliklə, birinci seçim turu yanvarın 18-də keçirilib. İştirakçılara 30 sualın cavablandırılması üçün 3 saat vaxt ayrılıb. Bütün suallar məktəb proqramı əsasında hazırlanıb.
İkinci mərhələ respublikanın müxtəlif regionlarında yerləşən mərkəzlərdə keçiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt ayrılacaq.
Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Son nəticə və Olimpiadanın yekunları son mərhələ keçirildikdən beş gün sonra elan ediləcək.
Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada keçirilib. Son olimpiada 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamda təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək 5 qızıl, 5 gümüş və 14 bürünc medal qazanıblar.
A.Zeydullayeva
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət