Azərbaycan 2015-2016-cı illərdə daxili istehsal hesabına sementə tələbatını tam ödəyəcək. Bu barədə prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bəyan edib.
“Azərbaycanda sement istehlakı 4,4 mln. ton, daxili istehsal 3 mln. ton, ölkə üzrə istehsal gücü 5,2 mln. tondur. Yəni, 2016-cı ildə, bəlkə də bu il biz özümüzü sementlə tam şəkildə təmin edəcəyik və sement zavodları məhsullarını ixrac edəcək. Ona görə hazırda yeni sement zavodunun tikintisinə ehtiyac yoxdur”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı digər növ tikinti materialları üzrə istehsal həcmi və tələbat barədə də məlumat verib.
“Bentonit – istehlak 8 min ton, istehsal 85 min ton, ixrac etmişik 72 min ton, istehsal gücü 250 min ton, yəni, 100 faizdən çox. Gips –istehlakımız 58 min tondur, daxili istehsal 193 min ton, potensial 3 yüz min ton, yəni, üç dəfə çoxdur. Beton bloklar, borular – istehlak 100 min ton. 100 min ton da istehsal edirik, potensial 300 min ton, 100 faizdən çox. Alçipan, yəni, karton gips 12 milyon kubmetr istehlak edirik. Daxili istehsal 11 milyon, istehsal gücü 16 milyon, 100 faizdən çox. Polietilen borular – daxili istehlak 22 min tondur. 18 min ton istehsal olunur. İstehsal gücü 300 min tondan çoxdur və artıq ixrac da edilir. Mərmər və qranit - Azərbaycanda istehlak 83 min ton. İxrac edirik 30 ton. İstehsal edirik 62 min ton və potensial 100 min tondan çoxdur”, - deyə o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycanda metal konstruksiyaların daxili istehsal həcmi 114 min ton, istehsal gücü 200 min tondan çox təşkil edir.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanda illik 8 milyon kubmetr seramik plitələr istehlak olunur, baxmayaraq ki, 4 milyon kubmetr potensial var.
“Bu statistikadan göründüyü kimi, daxili istehsal hesabına özümüzü əsas tikinti materialları ilə təmin etmişik və ya edəcəyik”, - deyə o qeyd edib.
Prezident vurğulayıb ki, Azərbaycanda sənaye məhsulları istehsalçıları öz məhsulları ilə yeni bazarlara çıxmalıdırlar. “Xaricdə fəaliyyət göstərən səfirlərlə görüşlərdə onlara da tapşırmışam, gedin, çalışdığınız ölkələrdə Azərbaycan biznesi üçün şərait yaradın ki, gəlsinlər, öz ixrac məhsulları ilə o bazarlara girsinlər”, - deyə o qeyd edib.
İ.Əliyev əlavə edib ki, bu tendensiyaları nəzərə alaraq, istehsalçılar rəqabətə davamlı məhsullar istehsal etməlidirlər. “İqtisadiyyat və Sənaye Nazirliyi istehsalçıların ixrac bazarlarına çıxmağı üçün daha da çox iş görməlidir”, - deyə prezident bildirib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət