Azərbaycanda kiçik və orta müəssisələrin $2-3 mlrd. məbləğində maliyyə resursuna ehtiyacı var. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) banklar üzrə baş mütəxəssisi Kəmər Səlim çərşənbə günü Bakıda mətbuat konfransında belə söyləyib.
IFC və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) yanvarın 28-30-da “Daşınan əmlakın girov qoyulması ilə kreditləşmə” mövzusunda seminar keçirir.
K.Səlim qeyd edib ki, seminarda kredit təşkilatlarının daşınan əmlakın girov qoyulması ilə kredit verməsinə marağını artırmaq üçün yeni mexanizm və yanaşmalar nəzərdən keçiriləcək.
Dünya Bankının daşınan əmlakın girov kimi istifadəsi üzrə mütəxəssisi Saymon Tompsonun sözlərinə görə, seminarda lizinqin inkişaf etdirilməsi, faktorinq, təchizat zəncirlərinin maliyyələşdirilməsi və digər məsələlər nəzərdən keçiriləcək.
ASK prezidenti Məmməd Musayev mətbuat konfransında bildirib ki, Azərbaycanda kreditlərin əksəriyyəti daşınmaz əmlakı girov qoymaqla verilir. Bu isə daşınmaz əmlaka sahib olmayan, lakin kredit almağa maraq göstərən kiçik sahibkarlıq üçün maneələr törədir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət