2014-cü ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 298,8 mln.manat və ya ÜDM-in 0,5%-ni təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 400,5 mln. manat, xərcləri 18 mlrd. 699,3 mln. manat təşkil edib.
Gəlirlər üzrə plan 100,1%, xərclər üzrə plan 93,2% icra edilib.
2014-cü ildə büdcə gəlirləri strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 113,6 mln. manat (plan 100,2% yerinə yetirilib), o cümlədən qeyri-neft sektorundan daxilolmalar 4 mlrd. 306,6 mln. manat (2013-cü illə müqayisədə artım 14,3%) təşkil edib.
Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 1 mlrd. 510,8 mln. manat (plan 100,1% yerinə yetirilib), Dövlət Neft Fondundan transfertlər 9 mlrd. 337 mln. manat təşkil edib. Qalan məbləğ digər gəlirlərin payına düşüb.
2014-cü ilin dördüncü rübündə dövlət büdcəsinə daxilolmalar 4 mlrd. 329,9 mln. manata bərabər olub.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə müdafiə xərclərinə 2,1%, səhiyyə xərclərinə 7,5%, sosial müdafiə və sosial təminat xərclərinə 12,6%, mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7%, təhsil xərclərinə 8,2% çox vəsait yönəldilib.
Dövlət büdcəsi xərclərinin 24%-i və yaxud 4 mlrd. 485,8 mln. manatı sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2013-cü illə müqayisədə 9,9% çoxdur.
2014-cü ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6 mlrd. 259 mln. manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,5% olub
Ötən ilin dördüncü rübündə dövlət büdcəsinin xərcləri 6 mlrd. 5,8 mln. manata bərabər olub.
Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat həcmində təsdiq edilib. Büdcə kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət