Rusiyanın nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinski, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, "Moskovski komsomoles" qəzetinin baş redaktoru Pavel Qusev və "Kommersant" nəşriyyat evinin strateji məsələlər üzrə direktoru Viktor Loşakın daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Görüşün əsas məqsədi Milli Kitabxananın nadir kitablar fondunda mühafizə edilən qiymətli nəşrlərlə və nadir kolleksiyalarla tanışlıq olub.
Kitabxanın direktoru qonaqlara kitabxananın tarixi, fəaliyyəti haqqında ətraflı məlumat verib.
Kitabxananın ayrı-ayrı şöbələri ilə tanış olan Rusiya nümayəndə heyəti nadir kitablar və kitabxana muzeyi ilə xüsusilə maraqlanıb.
Qonaqlara ilk Azərbaycan çap kitabı, habelə kitabxanada saxlanılan XVI əsrə aid ən qədim çap kitabı, miniatür kitab kolleksiyası da nümayiş etdirilib.
K.Tahirov qonaqlara Milli Kitabxana, köhnə Bakı, Azərbaycanın tarixi və bu günü, xalça sənətimizlə bağlı kitab-albomlar, klassik və caz musiqisi disklərini hədiyyə edib.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət