Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda azərbaycanlı yazıçılara Rusiya səfirinin ədəbi mükafatını təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“Azərbaycanda fəaliyyət göstərdiyim 6 il ərzində mənim bir çox təşəbbüslərim olub, lakin bu mükafat mənim daha çox xoşuma gəlir, çünki mən ədəbiyyatı çox sevirəm və yaxşı başa düşürəm”, - deyə səfir mükafatların təqdimetmə mərasimində bildirib.
Onun sözlərinə görə, bu mükafat ilk dəfə 2013-cü ildə təqdim edilib. “Mən bunu çox gözəl əhval-ruhiyyə və hisslərlə edirəm”, - deyə V.Doroxin əlavə edib.
Diplomat xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu ili “Ədəbiyyat ili” elan edib və bununla əlaqədar olaraq o, rus ədəbiyyatının qarşılıqlı anlaşmada oynadığı rolu vurğulayıb.
“Təəssüf ki, biz az oxumağa başlamışıq, buna görə də bu mükafatın təsis olunması insanlara ədəbiyyatı və onun vacib rolunu xatırladacaq”, - deyə V.Doroxin qeyd edib.
“Mən şadam ki, bu mükafat Azərbaycanda təqdim edilir, çünki məhz burada böyük rus dilli auditoriya mövcuddur”, - deyə səfir mükafat alan şəxsləri təbrik edərək söyləyib.
“Azərbaycanda rus dili və ədəbiyyatının inkişafına yaradıcı töhfəyə görə” mükafatına “Ədəbi Azərbaycan” jurnalının baş redaktoru Solmaz İbrahimova və jurnalın poeziya şöbəsinin müdiri, şairə Alina Talıbova layiq görülüblər.
“Məni layiq gördüyünüz şərəfə görə minnətdaram və demək istəyirəm ki, mən sadəcə jurnalımızda uzun vaxt ərzində yaranmış ənənələri davam etdirirəm”,- deyə S.İbrahimova qeyd edib.
A.Talıbova isə bu mükafatın onun üçün gözlənilməz və çox xoş olduğunu söyləyib.
“Bu, bizim xalqlarımızı birləşdirən daha bir körpüdür. Azərbaycanda rus dili geniş yayılıb və bu, gələcəkdə də belə davam edəcək.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət