“ABŞ Azərbaycanlıları Şəbəkəsi” (USAN) diaspor təşkilatının fəalları Konqresi Dağlıq Qarabağ separatçı rejimini Rusiyanın Ukraynadakı siyasətini pisləyən iki qətnamə layihəsinə daxil etməyə çağırıb. Bu barədə USAN-ın məlumatında bildirilir.
USAN-ın üzvü Elşən Əliyev TheHour.com-da dərc edilmiş məktubunda amerikalı qanunvericiləri konqresmen Şeylon Cekson Li tərəfindən təklif edilmiş “Donbas xalqözünümüdafiə dəstələri”nin terror təşkilatı kimi tanınması haqqında qətnamə layihəsini postsovet məkanında digər separatçı rejimlərə, onların silahlı birləşmələrinə, o cümlədən “Dağlıq Qarabağ özünümüdafiə qoşunları”na şamil etməyə çağırır.
USAN-ın digər üzvü Erkan Yerdələnlinin LehighValleyLive.com redaksiyasına ünvanladığı məktubda isə deyilir ki, Virciniya ştatından olan konqresmen Cerald Konnolinin təqdim etdiyi Rusiyanın Krım üzərində suverenliyinin tanınmaması haqqında qətnamə layihəsi Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişlərinə də şamil edilməlidir.
“Hər şey Rusiyanın Ermənistanın Azərbaycana qarşı təcavüzünü dəstəkləməsi ilə başlayıb”, - deyə E.Yerdələnli bildirib.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət