Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-in mətbuat xidmətindən məlumat verilib. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamlayıb və Bakı Ali Neft Məktəbinin tələbələrini ürəkdən təbrik edərək onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini ünvanladığını deyib. Ölkəmizdə uğurla davam etdirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən danışan E.Qasımov deyib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.
O, həmçinin vurğulayıb ki, Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir. E.Qasımov bütün bu görülən işlərin Azərbaycan gəncliyinin inkişafına yönəldiyini və gənclərin daim dövlətimizin qayğı və diqqəti ilə əhatə olunduğunu vurğulayıb.
Rektor rəhbərlik etdiyi Ali Məktəbin fəaliyyəti, bu müddət ərzində əldə olunan nailiyyətlərindən bəhs edərək, ali məktəbin əsas məqsədinin ölkəmizdə yüksək ixtisaslı, ingilis dilli, peşəkar və dünya səviyyəli mühəndislər yetişdirmək olduğunu xatırladıb.
E.Qasımov BANM-in iki tələbəsinin bu ilin əvvəlində Böyük Britaniyanın Heriot-Vatt Universitetinə göndərildiyini vurğulayıb, tələbələri və bütün gəncləri dövlət tərəfindən onların ümumi inkişafı üçün yaradılmış şəraitdən maksimum istifadə etməyə çağırıb.
O, gənclərin BANM-dəki sosial-mədəni həyatı haqqında danışaraq, hərtərəfli və savadlı gənclərin gələcəkdə yüksək səviyyəli peşəkar kadrlara çevriləcəyinə əminliyini ifadə edib.
Hazırda Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil alan BANM tələbələri Aida Soltanova və Kamran Əliyev videogörüntü vasitəsi ilə ali məktəbin bütün tələbələrini, o cümlədən öz qrup yoldaşlarını təbrik edərək, bütün Azərbaycan gənclərinə öz salamlarını çatdırıblar.
Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətində yaxından iştirak edən, BANM-ni müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbə gənclərin mükafatlandırılması mərasimi olub. BANM rəhbərliyi tərəfindən tədris ili ərzində fəallıq göstərən tələbələr, BANM-də keçirilən müxtəlif daxili intellektual və əyləncəli turnirlərin, III Elmi-texniki konfransın, Şahmat turnirinin, o cümlədən təlim kurslarının, müxtəlif daxili müsabiqələrin, respublika üzrə keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvləri, layiqli BANM təmsiçiləri həvəsləndirici diplomlarla, sertifikatlarla və hədiyyələrlə təltif olunublar. Tələbələrə idman, elm və ictimai fəallığa görə müxtəlif diplom, sertifikat və hədiyyələr təqdim olunub. Bakı Ali Neft Məktəbinin 21 tələbəsi idman, 30 tələbəsi elm sahəsində, 241 tələbə isə ictimai-təşkilati işlərdə göstərdikləri fəaliyyətə görə mükafatlandırılıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət